Dünya ulduzları Britninin toyuna axın etdilər - FOTO/VİDEO

Dünya ulduzları Britninin toyuna axın etdilər - FOTO/VİDEO

Hazırda oxunan: Dünya ulduzları Britninin toyuna axın etdilər - FOTO/VİDEO

78694

Xəbər verdiyimiz kimi, ötən axşam dünya pop səhnəsinin qalmaqallı ulduzu Britni Spirsin nişanlısı Sem Asqari ilə toyu olub. 

Bizim.Media xəbər verir ki, cütlüyün toy məclisində bir çox məşhurlar iştirak edib. 

Qonaqlar arasında Madonna, Selena Qomez, Peris Hilton, Donatella Versace və Drü Barrimor kimi ulduzlar yer alıb.

Məşhurlar Britni ilə bir araya gələrək, "Vogue” mahnısını okapella şəklində ifa ediblər.

Diqəət çəkən məqam isə Madonna ilə Britninin dodaq-dodağa öpüşməsi olub. Ulduzlar 2003-cü ildə "MTV VİDEO MUSİC" mükafatlandırma mərasimindəki öpüşü yenidən təkrarlayıblar.
Qeyd edək ki, bu, aprel ayında B.Spirs Asqari ilə birlikdə ilk övladlarını gözlədiklərini açıqlasa da, sonradan müğənni uşağı düşürdüyünü bildirmişdi.

Müğənninin keçmiş əri Kevindən iki oğlu var, Semdən isə övladı yoxdur.  

Rəşad Əliyev, Bizim.Media
 










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO