Xuraman Məkkədə məsciddə təmizlik işləri gördü:

Xuraman Məkkədə məsciddə təmizlik işləri gördü: "Nökər olmaq nə gözəl hissdir" – FOTO/VİDEO

Hazırda oxunan: Xuraman Məkkədə məsciddə təmizlik işləri gördü: "Nökər olmaq nə gözəl hissdir" – FOTO/VİDEO
75579
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Məhəmməd Peygəmbərin məscidi hərəmində nökər olmaq nə xoş bir hissdir".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı sosial şəbəkə hesabında paylaşdığı videosunun şərh bölməsinə yazıb.

Bir neçə həftə əvvəl Məkkə şəhərində Ümrə ziyarəti zamanı lentə alınan videosunu yayımlayan sənətçi orada təmizlik işləri görüb.

Paylaşdığı görüntülərdə məscidin bir hissəsini silən Xuraman "Allah mənə buranı təmizləmək qismət etdi. Biz Ağanın nökəriyik. Biz kimik ki?" sözlərini deyib.

Müğənni "Məscidin işçilərindən başqa orada təmizlik işləri aparmağa heç kimə icazə verilmir, amma mənə icazə verdilər. Mən də bir saatdan artıq orada təmizlik işləri apardım. Bu məsciddə bir milyondan artıq şəxs namaz qıla bilir. Bu video axşam xivtəm namazından sonra çəkilib. Sonra isə subh namazında bir möcüzə baş verib. Onu da sizinlə paylaşacağam" deyə şərh bölməsinə fikirlərini əlavə edib.

Rəşad Əliyev, Bizim.Media

 

 

Xuraman Məkkədə məsciddə təmizlik işləri gördü:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO