Günay oğlu ilə Tolqanın atasının dəfnində - FOTO

Günay oğlu ilə Tolqanın atasının dəfnində - FOTO

Hazırda oxunan: Günay oğlu ilə Tolqanın atasının dəfnində - FOTO

71301

Türkiyəli aktyor Tolqa Karelin atası Tufan Karel ötən gün vəfat edib. 

Bizim.Media xəbər verir ki, mərhumun dəfn mərasiminə Tolqa ilə illər əvvəl ailəli olan, azərbaycanlı model Günay Musayeva da qatılıb.

O, oğlu Cahangiri babası ilə sağollaşmaq üçün dəfn mərasiminə aparıb.

Sosial şəbəkə hesabında dəfndən fotolar paylaşan Musayeva "Tufan əmi, nur içində yat. Mənə gözəl yeməklər hazırlayırdınız, sizi elə xatırlayacağam. Məkanınız cənnət olsun", - deyə, şərh yazıb. 
Qeyd edək ki, G.Musayeva ilə T.Karel 2011-ci ildə ailə qurub. Bu nikahdan 2012-ci ildə cütlüyün oğlu Cahangir dünyaya gəlib. Onlar bir müddət sonra qalmaqallı şəkildə boşanıblar. 

Model bir müddət əvvəl qonaq olduğu “2-ci sayfa” maqazin proqramında oğlunun atasının kim olduğunu bilmədiyini açıqlayıb. Günay Cahangirin baba və nənəsi ilə görüşmədiyini də bildirib.

Hazırda Amerikada yaşayan aktyor ailəlidir. O ABŞ-da tırların sürücüsü kimi çalışır.

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO