Türkiyənin məşhur müğənnisi, 2019-cu ildə, 63 yaşında ürək tutmasından dünyasını dəyişmiş Dilbər Ayın həyat yoldaşı İbrahim Karakaş xanımından sonra bir daha evlənməyəcəyinə söz vermişdi. Amma sözünü tutmadı.
Bizim.Media Türkiyə mətbuatına istinadən bildiri ki, 61 yaşlı Karakaş 59 yaşlı estetik mütəxəssisi Müge Zopunla ötən ay ailə həyatı qurdu, lakin toydan cəmi 15 gün sonra Karakaş ürək tutması keçirdi.
O, reanimasiya şöbəsində müalicə aldı və təzəlikcə səhhətində irəliləyiş olduğu bildirilir.
Bu hadisələrdən sonra Dilbər Ayın qızı Filiz Çelik Karakaşa sərt reaksiya verərək dedi:
"Siz heç bir əsl kədər yaşamamısınız. Üç ay sonra maşını satıb klip çəkdirdiniz. Müge xanım haqqında soruşanda mənə onun 'sadəcə tanış bir insan' olduğunu demişdiniz. Artıq yeddi il dörd aydır ki, gizlicə evil imişsiniz. Onsuz da işləməyi sevməyən birisiniz; sadəcə özünüzə yeni bir 'hazır qazanc mənbəyi' tapmısınız."
İbrahim Karakaş Filiz Çelikin sözləri qarşısında susmadı. Dilbər xanımın nə qədər sərvəti və ya əmlakı vardısa, hamısını onlara verdiyini deyib.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
19:07 / 10.10.2026
Ürək tutmasından ölən müğənninin əri yenidən evləndi – Bu dəfə özü infarkt oldu
Hazırda oxunan: Ürək tutmasından ölən müğənninin əri yenidən evləndi – Bu dəfə özü infarkt oldu
Hazırda oxunan: Ürək tutmasından ölən müğənninin əri yenidən evləndi – Bu dəfə özü infarkt oldu
641503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































