Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Hazırda oxunan: Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar
631715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məşhur türkiyəli müğənni Ümit Besenin qızı Ezgi Besen Ədirnədə keçirilən mərasimlə ailə həyatı qurub.

Bizim.Media xəbər verir ki, lakin sənətçi qızının toyunda iştirak edə bilməyib.

“Nikah Masası” və “Okul Yolu” kimi mahnıları ilə tanınan Ümit Besenin qızı Ezgi Besen ədirnəli vəkil Yüksel Görkem Erbeklə evlənib.

Cütlük Ədirnənin Sarayiçi ərazisində yerləşən Ağa Köşkündə keçirilən mərasimdə nikah masasına əyləşib. Toydan görüntülər sosial mediada paylaşılıb.

Ümit Besen ötən həftə İstanbulda qohumları üçün təşkil olunan yaxta mərasimində qızı və kürəkəni ilə birlikdə olub. Lakin sənətçi Bodrumda konsert verdikdən sonra Ədirnəyə getmək üçün nəzərdə tutulan uçuşunu qaçırıb. Nəticədə qızının toy mərasimində iştirak edə bilməyib.
İctimaiyyətin diqqətindən uzaq həyat sürən Ümit Besenin iki qızı var. Onun digər qızı Melis Besen Doğruer də atası ilə birlikdə ifa etdiyi duetlərlə tanınır. (qafqazinfo.az)

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar - foto 1
Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO