Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

Hazırda oxunan: Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır- Fotolar

631602

Ulduz futbolçu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges yenidən bahalı zinət əşyaları ilə gündəmə gəlib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Corcinanın 75 milyon dollarlıq aksessuarı sosial şəbəkələrdə müzakirə yaradıb.

Qeyd edilib ki, Corcinanın nikah günü taxdığı zinət əşyaları “Chopard” brendinin “Garden of Kalahari” kolleksiyasındandır.
 

Boyunbağı bir neçə nəhəng mərkəzdən - 342 karatlıq parlaq daşlar, 50 karatlıq dairəvi parlaq kəsimli brilyant, 26 karatlıq ürək kəsimi və 25 karatlıq armud kəsimi brilyantdan ibarətdir. Kulon çıxarıla biləndir.


Mütəxəssislərin qiymətləndirmələrinə görə, tək boyunbağının qiyməti təqribən 50 milyon dollar, altı hissədən ibarət ümumi kolleksiyanın dəyəri isə 75 milyon dollar təşkil edir. Corcinanın nikahda geyindiyi libas isə “Gucci” markasına aiddir.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO