"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

Hazırda oxunan: "Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto
624372
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov tələbəsi, Əməkdar artist Arzu Əliyeva haqqında danışarkən deyib. 

"Qonaqcanlı" verilişində ad gününü qeyd edən A.Əliyeva haqqında xanəndə xoş sözlər deyib.

Tələbəsindən danışan M.İbrahimov onu uğurlu tələbə adlandırıb. Arzu Əliyeva isə müəllimi haqqında danışarkən "Biz birlikdə güclüyük. Mənsum İbrahimov mənim idealımdır. Baxmayaraq ki, kişi cinsindəndir, amma ona bənzəməyə çalışmışam. Ondan nəzakəti, səhnə mədəniyyətini, insanlarla davranmağı və bağışlamağı öyrənmişəm" sözlərini deyib. (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO