Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

Hazırda oxunan: Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

623457

Argentinalı ulduz futbolçu Lionel Messi televiziya müxbiri Sofi Martineslə aralarında sevgi münasibəti olduğuna dair yayılan şayiələrə cavab verib.

Bizim.Media xəbər verir ki, hadisə Argentinanın Mayamidə keçirilən Dünya Çempionatında Kabo-Verde üzərində 3:2 hesablı qələbəsindən sonra baş verib.

Matçdan sonrakı müsahibə zamanı Messi "Telefe" telekanalının müxbiri Sofi Martineslə görüşərək, onunla bağlı yayılan əsassız iddiaları kəskin şəkildə rədd edib.

"Mən sənə baxanda "niyə ona baxırsan" deyə soruşurlar, salam verəndə isə "niyə salam verirsən" deyə sual edirlər", - deyə 39 yaşlı kapitan internetdə yayılan spekulyasiyaları gülünc adlandırıb.
 

Sofi Martines isə Messinin bu çıxışına dərhal cavab verərək, "Bunların hamısı yalandır" deyə vurğulayıb və vəziyyətə aydınlıq gətirdiyi üçün futbolçuya təşəkkür edib.


Qeyd edək ki, sözügedən şayiələr hələ 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatı zamanı ortaya çıxmışdı. Jurnalist daha əvvəl bildirmişdi ki, Messinin həyat yoldaşı Antonela Rokuzzo ona birbaşa mesaj yazaraq narahat olmamağı və bu cür "boşboğazlıqlara" fikir verməməyi tövsiyə edib.

Xatırladaq ki, Lionel Messi və Antonela Rokuzzo 2017-ci ildən evlidirlər və üç övladları var.

Sofi Martines isə yayılan iddiaların yalnız onun cinsiyyətinə görə şişirdildiyini və bunun peşəkar fəaliyyətinə kölgə saldığını bildirib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO