Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

Hazırda oxunan: Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

620122

Türkiyədə məşhur simalarla bağlı aparılan narkotik araşdırması çərçivəsində səkkiz nəfərin test nəticələrinin müsbət çıxdığı bildirilir.

Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində götürülmüş nümunələrin araşdırılması nəticəsində Ali Efe Bezci, Berdan Mardini, Enis Arıkan, Kenan Doğulu, Oğuzhan Beker, Ozan Doğulu, Tolga Çam və Yaşar İpekin narkotik vasitələrə dair testlərinin müsbət nəticə verdiyi iddia olunur.

Məlumata görə, sözügedən şəxslərə qarşı "istifadə məqsədilə narkotik və ya psixotrop maddələrin saxlanılması" və "narkotik vasitələrdən istifadənin asanlaşdırılması" ittihamları irəli sürülüb.

Araşdırma zamanı şübhəlilərdən Məhkəmə-Tibbi Ekspertiza Qurumunda qan və saç nümunələri götürülüb.

İstintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO