15 il sonra böyük qayıdış: Halit Ergenç və Meryem Üzerli yeni filmdə -FOTO

15 il sonra böyük qayıdış: Halit Ergenç və Meryem Üzerli yeni filmdə -FOTO

Hazırda oxunan: 15 il sonra böyük qayıdış: Halit Ergenç və Meryem Üzerli yeni filmdə -FOTO

617636

Türkiyə serial tarixində dərin iz buraxan və yayımlandığı dövrdə ekran rəqiblərini geridə qoyan “Muhteşem Yüzyıl”ın unudulmaz baş qəhrəmanları Halit Ergenç və Meryem Üzerli uzun illərdən sonra yenidən eyni layihədə bir araya gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Vaxtilə "Kanuni Sultan Süleyman" və "Hürrem Sultan" obrazları ilə könülləri fəth edən məşhur tandem, təxminən 15 illik fasilədən sonra bu dəfə ağ rəngli ekranda, bədii film layihəsində tərəf müqabili olacaqlar. Aktyorlar mükafatçı rejissor Özcan Alperin ekranlaşdıracağı “İmrozda Bahar” adlı sinema filmində baş rolları bölüşəcəklər.
 

Artıq çəkiliş hazırlıqlarına başlanılan filmin ssenarisi də Özcan Alperə məxsusdur. Gökçe adanın (İmroz) sakit və füsunkar atmosferində lentə alınacaq ekran işi, həyatlarının yetkinlik dövründə yolları kəsişən iki obrazın daxili dünyasından, melanxoliya və ümid dolu duyğusal bağlarından bəhs edir.


Məlumata görə, "Sky Pictures" və Emre Oskay tərəfindən ərsəyə gətirilən “İmrozda Bahar” filmi hələ nümayiş olunmadan böyük uğura imza ataraq geniş yayım şəbəkəsi əldə edib. Belə ki, ekran işinin Latın Amerikasından Yaxın Şərqə, Asiyadan Cənubi Amerikaya qədər dünyanın 50-dən çox ölkəsində nümayişi planlaşdırılır.

Yeni layihə haqqında danışan Halit Ergenç illər sonra Meryem Üzerli ilə yenidən işləməyin olduqca rahat keçdiyini bildirib:

"Meryem iş prosesində çox rahat insandır. Yenidən bir arada olmaq gözəl hissdir, bir-birimizə öyrəşməyə ehtiyac qalmadı, çünki artıq bir-birimizi çox yaxşı tanıyırıq".




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO