"Yeraltı"na sürpriz obraz daxil olur — FOTO

"Yeraltı"na sürpriz obraz daxil olur — FOTO

Hazırda oxunan: "Yeraltı"na sürpriz obraz daxil olur — FOTO

614256

NOW kanalında yayımlanan “Yeraltı” serialı çərşənbə axşamlarının ən çox izlənən layihələrindən biri kimi mövqeyini qoruyur. Yeni mövsümün ən çox müzakirə edilən seriallarından olan ekran işinin mövsüm finalı öncəsi aktyor heyətinə sürpriz ad qatılıb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb.

Mövsüm finalı ilə yay fasiləsinə yollanacaq ekran işinə gənc aktyor Eren Ören daxil olub.

O, mövsüm finalı bölümündə qonaq aktyor kimi tamaşaçı qarşısına çıxacaq. Gənc aktyor Sevil Akının canlandırdığı Azizə obrazının oğlu Cihan rolunu oynayacaq.

Qeyd edək ki, “Yeraltı” serialı mayın 20-də mövsüm finalı edərək qısa fasiləyə çıxacaq. Qısa müddətdə yüksək reytinq toplayaraq tamaşaçı rəğbəti qazanan layihənin baş rollarında Uraz Kayğılaroğlu, Deniz Can Aktaş və Devrim Özkan yer alır. (Demokrat.az)


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO