Türk kinosunun unudulmaz əfsanəsi olan Kadir İnanır bir müddətdir ki, səhhətində yaranan problemlə bağlı müalicə alır.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq üçüncü dəfə beyin insultu keçirən aktyor müalicəsini gözlərdən uzaq şəkildə davam etdirir.
Lakin bu müddət ərzində usta aktyorun can dostları onu yalnız buraxmır. Onlardan biri də müğənni Coşqun Sabahdır.
Belə ki, C.Sabah öz sosial media hesabında aktyorla bağlı paylaşım edərək onun müalicəsinin yaxşı getdiyini və eyni zamanda, yüksək əhval-ruhiyyədə olduğunu izləyiciləri ilə bölüşüb.
Hətta müalicə dövründə olan Kadir İnanır öz yaxınları ilə birlikdə şam yeməyi yeyib və orada aktyorun əlil arabasından dəstəksiz şəkildə ayağa qalxması diqqətdən yayınmayıb. (yenisabah.az)

Bizim.Media



































































































