Elza Seyidcahan məhkəmədə uddu - Roza Zərgərli təzminat ödəyəcək

Elza Seyidcahan məhkəmədə uddu - Roza Zərgərli təzminat ödəyəcək

Hazırda oxunan: Elza Seyidcahan məhkəmədə uddu - Roza Zərgərli təzminat ödəyəcək

607685

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərlinin məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda “Axşam.az”a açıqlamasında E.Seyidcahan bildirib. 

O qeyd edib ki, məhkəmə ötən gün baş tutub. İfaçı qərarın onun xeyrinə olmasına baxmayaraq, tam da razı qalmadığını söyləyib. 

E.Seyidcahanın vəkili Elşən Behbudov əlavə edib ki, Apellyasiya Məhkəməsinə müraciət edəcəklər:
 

"Yasamal Rayon Məhkəməsində Ayşən Sultanovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq. Eyni zamanda məhkəmə Roza Zərgərlinin sözlərini yalan kimi qəbul edib. Buna görə üzr istəməsi tələb olunur. Amma təzminat təmin edilsə də, üzr edilməyib. Buna görə də Apellyasiya Məhkəməsinə müraciət edəcəyik". 


Qeyd edək ki, Roza Zərgərli yutubda yayımlanan "Baylarsoylar" layihəsində Seyidcahanın ünvanına təhqiramiz fikirlər səsləndirərək, onu "meymun", "təlxək", "dəli" adlandırıb. Şərəf, ləyaqət və işgüzar nüfuzunun təhqir edildiyini bildirən E.Seyidcahan qarşı tərəfi məhkəməyə verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO