Ronaldonun həyat yoldaşı Sevgililər Günündə yeni evini nümayiş etdirdi - VİDEO

Ronaldonun həyat yoldaşı Sevgililər Günündə yeni evini nümayiş etdirdi - VİDEO

Hazırda oxunan: Ronaldonun həyat yoldaşı Sevgililər Günündə yeni evini nümayiş etdirdi - VİDEO
596345
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges Sevgililər Günündə Instagram səhifəsində yeni evini göstərdiyi video paylaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə gazeta.ru saytı yazıb.

“Bir zamanlar arzu idi. Bu gün isə reallıqdır”, — deyə o yazıb.

Video fevralın 14-də — Sevgililər Günündə yayımlandığı üçün bəzi izləyicilər bunun Ronaldonun hədiyyəsi olduğunu ehtimal ediblər.
 

2025-ci il avqustun 11-də Rodriges Instagram-da Ronaldoya ərə getdiyini açıqlamışdı. O, üç daşla bəzədilmiş nişan üzüyünün fotosunu paylaşmışdı. Zərgər Ajay Anandın fikrincə, üzük üçün təxminən 30 karatlıq D kateqoriyalı brilyant seçilib. Zinət əşyasının təxmini dəyəri 5 milyon dollar qiymətləndirilir.


Ronaldо ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından etibarən “Əl-Nəsr” klubunun hücumçusudur. Ölkədə nikahdan kənar birlikdə yaşamaq qadağan olunsa da, məşhur futbolçuya istisna tətbiq edilib və uşaqlarının anası ilə eyni evdə yaşamasına icazə verilib.

Cütlüyün iki qızı var — altı yaşlı Alana Martina və bir yaşlı Bella Esmeralda. Bundan əlavə, Ronaldonun 2010-cu ildə dünyaya gəlmiş Kriştiano adlı oğlu var. 2017-ci ildə isə surroqat ana futbolçuya Eva və Mateo adlı əkizləri dünyaya gətirib. Rodriges dəfələrlə bildirib ki, ögey övladlarını da öz uşaqları qədər sevir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO