Tamaşaçıya izah edə bilmirdim ki, oynamıram, oynadırlar - Mikayıl Güləddinoğlu

Tamaşaçıya izah edə bilmirdim ki, oynamıram, oynadırlar - Mikayıl Güləddinoğlu

Hazırda oxunan: Tamaşaçıya izah edə bilmirdim ki, oynamıram, oynadırlar - Mikayıl Güləddinoğlu
584308
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Hər yerdə mənə irad bildiridilər ki, Mikayıl pisdi. Amma bütün günü də məni məclislərə çağırırdılar. Düşünürdüm ki, sevmirlərsə, necə çağırırlar? Bir aranjimançı mənə rəy yazırdı ki, ar olsun Mikayıla, belə edir... Dayanmadan yazırdı. Həmin adamın nömrəsin tapdım.

Başqa adla buna yazdım. Guya adım Mehdidi, gənc müğənniyəm, sənətə gəlmək istəyirəm. Hansı janrdan danışırdısa, ondan danışırdım. Bu, Mehdiya vuruldu və evinə dəvət etdi. Dedi ki, nə qədər istedadlısan".

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Mikayıl Güləddinoğlu "Həftənin qonağı" proqramında deyib. O, başına gələn hadisəni bölüşüb.

Mikayıl bildirib ki, verilişlərinə görə onu tənqid edən bir tamaşaçını tapıb və evinə gedib:

"Deyir, çıx Nanə Ağamalıyevanın verilişinə. Qayıtdım ki, Mikayılın verilişinə çıxım. Başladı ki, rəd elə onu. Getdim evinə, dedim, mən Mikayıl sənlə danışırdım. Utanmırsan, mən sənə nə edirəm? Qeyri-etik hərəkət etmirəm axı. Verilişdə mənə deyirdilər ki, oyna.
 

Yeri gəldi, gəlmədi deyirdilər oyna. Tamaşaçıya izah edə bilmirdim ki, oynamıram, oynadırlar. Heç bir qohumumun toyunda oynamıram. Sonra imicimi bərpa etmək çox vaxtımı aldı. Bir müddət sonra verilişin adını dəyişdim və "Sevimli mahnı" etdim.


Bəstəkar mahnıları səsləndirdik. 13 sponsorumun 13-də getdi. Dedilər ki, korladın verilişi, nə oyun çıxardırsan?

Dedim, bəs bunu istəmirdiniz? O, pis rəy yazanlar hanı? Ondan sonra veriliş bağlandı. 1 il 8 ay işsiz qaldım, süründüm. Layihə rəhbərləri adımdan hara gedirdi, deyirdilər yox. Deyirdim, nə etmişəm bunlara?". (Axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO