Flora Kərimova Əminə Yusifqızından YAZDI: “Dilimə gətirmək nə qədər çətin olsa da…” - VİDEO

Flora Kərimova Əminə Yusifqızından YAZDI: “Dilimə gətirmək nə qədər çətin olsa da…” - VİDEO

Hazırda oxunan: Flora Kərimova Əminə Yusifqızından YAZDI: “Dilimə gətirmək nə qədər çətin olsa da…” - VİDEO
574468
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Flora Kərimova bu gün vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, Kərimova mərhumun arxiv videosunu paylaşaraq kədərini bölüşüb:
 

“Qiraət sənətimizin sonuncu mogikanı Əminə xanım. Yaradan bu millətə bəxş etdiyiniz gözəlliklər qədər axirətinizi gözəl versin! Yaratdığınız obrazlardan savayı, səsiniz-nitqiniz özlüyündə bir obraz, bir varlıq kimi millətin səs yaddaşının ən gözəl hücrəsindədir.


Dilimə gətirmək nə qədər ağrılı olsa da, sizə rəhmət diləyib, qəhərli qəlbimdə əbədi ruhunuza sevdiyiniz şərqilərdən lay-lay hörüb Allaha ismarlayıram.

Ruhunuz şad olsun, Əminə xanım”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO