Rəssam Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı”na layiq görüldü - FOTO

Rəssam Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı”na layiq görüldü - FOTO

Hazırda oxunan: Rəssam Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı”na layiq görüldü - FOTO
273961
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

4 oktyabr 2025-ci il tarixində Bakıda, “Four Seasons Hotel”də keçirilən “Anadoludan Bakıya-Türkiyə-Azərbaycan Qardaşlığı” adlı beynəlxalq rəsm sərgisi çərçivəsində Azərbaycan rəssamı Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı” ilə təltif olunub.

Bizim.Media xəbər verir ki, mükafat Türkiyədə fəaliyyət göstərən Saküder – Sənət və Sənətkarlar Topluluğu Kültür Dərnəyi tərəfindən təqdim edilib.

Bu mükafat rəssamın Azərbaycan və Türkiyə mədəniyyətlərinin yaxınlaşmasına verdiyi töhfələrə görə verilib.
 

Tahir Şıxəliyev sərgidə iki əsəri - “Dəniz mənzərəsi” (110×75 sm, yağlı boya) və Şəhər və nar ağacı” (100×50 sm, yağlı boya) ilə təmsil olunub.


Tahir Şıxəliyev 1959-cu ildə Bakıda anadan olub, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində və Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. 1985-ci ildən etibarən fərdi və beynəlxalq sərgilərin iştirakçısıdır. Onun əsərləri bir çox ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır.

Rəssam Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı”na layiq görüldü - FOTO - foto 1
Rəssam Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı”na layiq görüldü - FOTO - foto 2
Rəssam Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı”na layiq görüldü - FOTO - foto 3
Rəssam Tahir Şıxəliyev “Saküder 2025 İncəsənət Mükafatı”na layiq görüldü - FOTO - foto 4

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO