"Məni Azərbaycana qayıtmağa o qoymadı"

"Məni Azərbaycana qayıtmağa o qoymadı"

Hazırda oxunan: "Məni Azərbaycana qayıtmağa o qoymadı"
254460
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mən Türkiyəyə gedəndən sonra şou-biznesdə xaus yaşandı. Bəstəkar Gövhər Həsənzadə məni qayıtmağa qoymadı, dedi ki, Azərbaycana gəlmə. Mən deyəndə gələrsən. Gövhər xanım indi dedi və qayıtdım".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimli "Həmin Zaur" verilişində deyib.

Proqramda qonaq olan Əməkdart artist Gövhər Həsənzadə isə bunun səbəbini belə izah edib:
 

"İradə burada zirvədə olan müddətdə sözünü demişdi. Həmişə deyirəm ki, qadına mütləq ailə lazımdır. İradə də elə bir ailədəndir ki, mütləq hər şeyi qədərində görürdü. İradə artıq zirvəyə çatmışdı. Bir az da özümə görə dedim ki, İradədən artıq nə edə biləcəyik? İradə ailə qurdu və gördük ki, burada dinamika artdı. Hər kəsə çox azadlıq verildi. Biz bu imkanı yaratdıq. Dinamika ilə sənət, musiqi janrları və bəzi şeylər qarışdı. Biz bilirdik ki, İradə gələcək. İradənin durduğu yerdə davam etmək potensialı var. Həm də artıq övladları böyüyüb".


Qeyd edək ki, Ceyhun adlı bəylə ailəli olan sənətçinin 2 övladı var. İ.İbrahimova ailə qurduqdan sonra Türkiyəyə köçüb və orada yaşayır. (axşam.az)

Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO