Arifə Balakişiyeva övladına dəbdəbəli toy etdi - Aygün, Röya... – FOTO

Arifə Balakişiyeva övladına dəbdəbəli toy etdi - Aygün, Röya... – FOTO

Hazırda oxunan: Arifə Balakişiyeva övladına dəbdəbəli toy etdi - Aygün, Röya... – FOTO
243016
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyeva bu günlərdə Bakının dəbdəbəli restoranlarının birində oğluna möhtəşəm toy edib.

Bizim.Media “editor.az”a istinadla xəbər verir ki, bu barədə toyda iştirak edən qonaqlar sosial şəbəkələrdə paylaşım edib.

"Meridian Park Luxury" restoranında baş tutan toy məclisinə ulduzlar axın edib. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Murad Arif kimi tanınmış müğənnilərin qatıldığı toy məclisində bir sıra rəsmi şəxslər, regional idarə müdirləri, çox sayda məktəb direktoru iştirak edib.
 

"Meridian Park Luxury" Bakının ən bahalı şadlıq saraylarından sayılır. Qeyd olunan restoranda bir nəfər üçün qiymət 200 manatdan başlayır. Eyni zamanda Xalq artistləri Aygün Kazımova, Röya Ayxan kimi sənətçilərin yarım saatlıq toy məclisində iştirak qiyməti 15 min manat, Murad Arifin isə 10 min manat civarındadır.


Qeyd edək ki, 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyevanın adı mediada məktəblini döyməkdə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimova ilə birlikdə Siciliya Adalarında istirahətə getməkdə hallanmışdı.

Sonradan Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəb direktorunun şagirdi döyməsi ilə bağlı yayılan iddiaların təsdiqini tapmadığını bildirmişdi.

Arifə Balakişiyeva övladına dəbdəbəli toy etdi - Aygün, Röya... – FOTO - foto 1
Arifə Balakişiyeva övladına dəbdəbəli toy etdi - Aygün, Röya... – FOTO - foto 2
Arifə Balakişiyeva övladına dəbdəbəli toy etdi - Aygün, Röya... – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO