Aytən Səfərova: “Camaat yas mərasiminə gəlib aş gözləyir”

Aytən Səfərova: “Camaat yas mərasiminə gəlib aş gözləyir”

Hazırda oxunan: Aytən Səfərova: “Camaat yas mərasiminə gəlib aş gözləyir”
230701
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Əvvəllər ailələr xeyir işləri üçün kredit götürürdülər. İndi isə yas mərasimi üçün götütürlər. İnsan bilmir ölüsü ilə məşğul olsun, yoxsa camaatı yola salsın. Camaat gəlib aş gözləyir. Bu düzgün olan bir şey deyil. Başsağlığı üçün gəlmisən, qarnını doyurmağa yox".

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib.

O, yas mərasimində yemək verməyən ailələrin qınaqla üzləşdiyini də qeyd edib:

"Qınayanlar var, amma başınıza gələndə biləcəksiniz. Qarğış mənasında demirəm. Çünki hər bir ailədə baş verə biləcək hadisədir. Qınamaq ayıbdır. Elə insanlar var ki, deyir nahara yasa gedəcəyəm, qəşəng yeyib gələcəyəm. Yasda ən yaxşısı çay, halva, qənd və konfet verməkdir. Çünki insanlar onsuz da mənəvi yükün altındadır, üstəgəl də maddi yükün altına girirlər ki, qonşu filankəs "atasının yasında yemək vermədi" deməsin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO