Afaq Bəşirqızından nazirin çağırışına DƏSTƏK: “Nəyisə kəsdirib harasa yamamaq düzgün deyil”

Afaq Bəşirqızından nazirin çağırışına DƏSTƏK: “Nəyisə kəsdirib harasa yamamaq düzgün deyil”

Hazırda oxunan: Afaq Bəşirqızından nazirin çağırışına DƏSTƏK: “Nəyisə kəsdirib harasa yamamaq düzgün deyil”
225089
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Estetik əməliyyatlar barədə münasibət bildirmək istəməyən adam varsa, o da mənəm. Belə şeylərə qarışmıram. Özləri bilərlər. Necə istəyirlərsə, elə də etsinlər. Həqiqətən də, kiminsə görmə, iybilmə qabiliyyətində maneə, problem varsa, əməliyyat etdirmələri normaldır. Amma mən əvvəldən estetik əməliyyatla kiçiltmə, böyütmə - bunların əleyhinəyəm. Yenə də hər kəs özü bilər”. 

Bizim.Media xəbər veir ki, bu sözləri “pravda.az”a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı səhiyyə naziri Teymur Musayevin estetik əməliyyatlarla bağlı çağırışına münasibət bildirərkən deyib.  
 

“Səliqə-səhman başqa şeydir. Qadın həmişə özünə baxmalıdır. İctimaiyyət arasında olan qadın hər zaman özünə fikir verməlidir. Mənim fikrimcə, nəyisə kəsdirib harasa yamamaq, nəyisə götürüb harasa qoymaq isə bir az düzgün deyil. İlahinin yaratdığı gözəlliyi heç bir estetik əməliyyat əvəz edə bilməz”, - Xalq artisti bildirib. 


Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev estetik əməliyyat etdirən xanımlarla bağlı çağırış edib.

Nazir bildirib ki, gözəllik standartlarının müəyyənləşdirilməsində milli xüsusiyyətlərimiz nəzərə alınmalı, xalqımız gözəllik anlayışı məsələsində maariflənməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO