Alsunun milyarder ərindən boşanmasına uşaqlarından REAKSİYA 

Alsunun milyarder ərindən boşanmasına uşaqlarından REAKSİYA 

Hazırda oxunan: Alsunun milyarder ərindən boşanmasına uşaqlarından REAKSİYA 
202663
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyalı müğənni Alsu və yəhudi milyarder əri Yan Abramovun boşanması ilə bağlı yaranan qalmaqal səngimək bilmir.  

Bizim.Media xəbər verir ki, 40 yaşlı sənətçi uşaqlarının bu mövzunun içində olub-olmaması ilə bağlı “StarHit” nəşrinin jurnalistinə ünvanladığı suala cavab verib.  

Alsu qeyd edib ki, uşaqları böyükdürlər və buna görə də ailələrindəki bu qalmaqal onlardan yan keçməyib:  

“Onlar heç nə demirlər. Onlar sevən, gözəl uşaqlardır, mənim ruhum, ürəyimdir. Onları hər şeydən necə təcrid edə bilərəm? Bu mümkünsüzdür. Təbii ki, hər şey açıq-aydındır, hər şeyi görürlər. Amma onlar üçün mən sadəcə bir anayam, müxtəlif yerlərdə mənə diqqət əlamətləri göstərəndə bəzən təəccüb və xəcalətlə reaksiya verirlər. Onlar hələ də buna inana bilmirlər. Bu yaxınlarda gəlib mənə dedilər ki, “Ana, sən əfsanəsən”. 

Xatırladaq ki, Alsunun ərindən boşanması artıq bir neçə həftədir ki, sosial şəbəkələrdə geniş müzakirə olunur.
Şayiələrə görə, 18 ildir birlikdə olan cütlüyün ayrılmasına səbəb Timatinin keçmiş sevgilisi, 28 yaşlı Anastasiya Reşetova olub. Onun 46 yaşlı Abramovun məşuqəsi olduğu iddia edilib. Alsu özü də dolayı yolla “O, yalan danışır” şərhini Reşetova haqqında xəbərə şərh yazaraq bunu təsdiqləyib.  

Alsunun milyarder ərindən boşanmasına uşaqlarından REAKSİYA  - foto 1

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO