Kəmalə Piriyeva: “Artıq 17 yaşımda efirə çıxırdım”

Kəmalə Piriyeva: “Artıq 17 yaşımda efirə çıxırdım”

Hazırda oxunan: Kəmalə Piriyeva: “Artıq 17 yaşımda efirə çıxırdım”
197817
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Aktrisa olmaq istədiyimi valideynlərimə deməmişdim. Onlardan bu haqda fikirlərini soruşmamışdım. Öz bildiyim doğru yolda getdim və ard-arda gələn şanslar düzgün yol seçdiyimi təsdiqlədi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı və aktrisa Kəmalə Piriyeva qonaq olduğu “Qapqara” verilişində deyib. 

Kəmalə bildirib ki, 17 yaşında artıq “Azad Azərbaycan” televiziyasında (ATV) canlı efirə çıxırdı: 

“Mən çox şanslı insanam. Şans bu həyatda çox önəmli bir şeydir. Mənim 17 yaşımda ağlımın ucundan belə keçməzdi ki, bu şeylərə nail olacağam. Universitetə qəbul olmağım mənim üçün böyük bir hadisə idi. Əsasən də qabiliyyət imtahanlarından keçmək... Böyük bir iş idi. Yaşadığım o sevinc hisslərim bitməmiş gəlib mənə dedilər ki, “Azad Azərbaycan” (ATV) televiziyasında təcrübə keçmək üçün aktiv tələbələr axtarılır. Televiziya rejissoru fakültəsindən məni seçdilər. 17 yaşımda artıq canlı efirə çıxırdım. Çox insan mənə deyir ki, uşaq idim, sən artıq efirdə idin. Bu sözü mənə deyənlərlə aramızda 2 yaş fərq var. Mən 17 yaşımda efirə çıxanda onların da 15 yaşı vardı, məktəbdə oxuyurdular”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO