Nazpəri: “Heç bir xanım mənim kimi həyat yaşamasın” - VİDEO

Nazpəri: “Heç bir xanım mənim kimi həyat yaşamasın” - VİDEO

Hazırda oxunan: Nazpəri: “Heç bir xanım mənim kimi həyat yaşamasın” - VİDEO
196886
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Həyatımdan kitab yazılsa vərəq, mürəkkəb yetməz. Film çəkilsə lent çatmaz. Həyatım o qədər keşməkeşli yolları olub ki, ağır, çətin, şərafətli, şərəfli... Bunların hamısı bir-birini üstələyib, tamamlayıb. Hər zaman Allahıma şükür etmişəm. Bu gün mən ayaqdayam. Hətta verilişinizə biraz qaralardan çıxmış libasdayam. Bunlar hamısı sevginin qarşılığıdır. İstəmirəm tamaşaçıların ovqatını kədərə kökləyim. İstəmirəm onları kədərimə şərik edim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

Sənətçi bildirib ki, heç bir qadının onun yerində olmasını istəmir.  

“Heç bir xanımın yerimdə olmağını istəmərəm. Xarici görünüşüm, səhnədəki gülüşüm demək deyil ki, mən xoşbəxtəm. Mən xanımları xoşbəxt görmək istəyirəm, amma güclü yox. Xanımlarımızın nəvazişini çəksinlər. Xanımlarımızı bir çiçək kimi qoxlayıb, əzizləsinlər. Xanımlar mənim kimi həyat yaşamasınlar”. 

Qeyd edək, Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva ötən ilin dekabr ayında resperator qrip virusuna yoluxub. Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilən sənətçinin qəfil vəziyyəti pisləşib. Böyrəkləri və qaraciyəri fəaliyyətini dayandırıb. Həkimlərin müdaxiləsinə baxmaraq, Zeynəb Dostəliyevanın həyatını xilas etmək mümkün olmayıb.  Bundan daha əvvəl isə müğənninin oğlu qəfil ürəktutmasından vəfat edib.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO