Güneldən Şəhriyara CAVAB: “Deyəsən, şahmat oynamaqdan başqa bir şey etməyib” - FOTO

Güneldən Şəhriyara CAVAB: “Deyəsən, şahmat oynamaqdan başqa bir şey etməyib” - FOTO

Hazırda oxunan: Güneldən Şəhriyara CAVAB: “Deyəsən, şahmat oynamaqdan başqa bir şey etməyib” - FOTO

193549

Qrosmeyster Şəhriyar Məmmədyarovun “Qadınlar kişilərdən hansı sənətdə üstündür ki? Çox fikirləşməyiniz belə qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur” fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bizim.Media xəbər verir ki, ABŞ-də yaşayan həmyerlimiz, ATV-nin keçmiş teleradioaparıcısı Günel Hümbətova Ş.Məmmədyarovun qalmaqallı çıxışına sərt şəkildə reaksiya verib.

“Bacısı bir az “malaladı” söhbəti və daha yaxşı fikrini ifadə etdi. Görünür, hər tərəfli inkişaf etmək qadınlarda daha yaxşı alınır.

Həm məişət qayğılarının öhtəsindən gəlmək, həm intellektual olaraq inkişaf etmək, həm də karyera qurmaq. Amma Ş (Ş.Məmmədyarov - red.) deyəsən şahmat oynamaqdan başqa bir şey etməyib bu həyatda..
Məsələn, oturub düşünmək və ya araşdırmaq  ki, “niyə dünyada qadın şahmatçılar az olub?” Onlarla empatiya qurub daha müdrik cavab vermək əvəzinə, istehza və ələ salan, kiçiltmə tərzində olan gülüşlə “qadınlar guya hansı sahədə güclü olublar ki” deməsi məndə ikrah doğurdu”, - deyə Günel yazıb.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO