"Mən əgər o zənginliyi hiss etsəydim, bu gün bura yox başqa yerə gedərdim. Mən o zəngin həyatdan çıxıb öz ailəmin zənginliyinə gəldim. Mən olmasam ailəmdə heç bir şey yoxdur. Mən varam, onlarla nəfəs alıram və hər şeyimi ailəmə qurban verdim. Hər şeyimi...".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkda artist Mehriban Xanlarova qonaq olduğu "Profil" verilişində deyib.
Sənətçi səhnədən kənarda üzləşdiyi gündəlik qayğılarından da söz açıb:
"İstəsəydim, mənim də hər şeyim olardı. Mən isə ailəmi seçdim. Evdə ailə üzvlərim yatanda, mən tək oyaq qalanda bəzən anamla yerimi səhv salıram. Deyirəm ki, sən orada yat mən isə burada. Hər kəsə baxıram və deyirəm ki, bağışlayın məni. Çox şeylər var ki, ona gücüm çatmır".
Müxbirin "O ucsuz-bucaqsız səhnədən çıxıb bura gəlirsiniz (yaşadığı evini nəzərdə tutur - red.). 24 kvadratlıq 8 nəfərin yaşadığı mənzilinizə. Burada 8 nəfərlik ailə üzvü ilə başqa bir aləmdə olursunuz. O məkan kiçik bir məkana dəyişilir.
Mehriban Xanlarova buna necə uyğunlaşır?" sözlərinə M.Xanlarovanın cavabı belə olub:
"Mən bu evdə yaşamıram ki... Mən teatrın səhnəsindəyəm. Teatrda yaşayıram".
- A-
- A
- A+
Şoutaym
15:50 / 15.05.2024
Mehriban Xanlarova: \"İstəsəydim, hər şeyim olardı, amma ailəmi seçdim\" - VİDEO
Hazırda oxunan: Mehriban Xanlarova: \"İstəsəydim, hər şeyim olardı, amma ailəmi seçdim\" - VİDEO
Hazırda oxunan: Mehriban Xanlarova: \"İstəsəydim, hər şeyim olardı, amma ailəmi seçdim\" - VİDEO
192230
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.