Xuraman: “Aparıcılar deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et” – VİDEO 

Xuraman: “Aparıcılar deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et” – VİDEO 

Hazırda oxunan: Xuraman: “Aparıcılar deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et” – VİDEO 

189849

“Hamı özündən belə idealar çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır. Açıq başla gəzmişəm, indi isə beləyəm, qəbullanın. Aparıcılar zəng edib deyirlər ki, belə fikrin varsa, bizim verilişdə et. Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım və əqlim başımdadır. Yüksək analitik qabiliyyətim var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Elgizlə izlə” verilişində deyib. 

Sənətçi bildirib ki, o, hicabı çıxarıb köhnə imicinə dönmək niyyətində deyil: 

“Kiminsə mənim əvəzimə nəyisə həll etməsinə, məsləhət verməsinə ehtiyacım yoxdur. Mən ağıllı xanımam, öz seçimimi çox gözəl bilirəm. Bir xasiyyətim var. 11 il əvvəl həyatımın elə dövründə hicaba keçmişdim ki, mahnılarım da populyar idi, toylarım da çox idi. Mən ruzili insanam. Ruzini verən Allahdır. İstər hicabla, istərsə də hicabsız. Kimlərsə öz aləmində guya zəng edib məni “bişirməyə” çalışırlar. Öz ağlım var, bu söhbəti bağlayın. Başımı açmıram, heç fikrim də yoxdur. Əgər belə bir şey olacaqsa, xəbər tutacaqsınız. O zaman bu barədə danışarıq. Bu mənim şəxsi həyatım və qərarımdır, müzakirəyə qoymayın. Mahnılarımı, toyumu, səhnədəki çıxışımı müzakirə edə bilərsiniz. Amma hicabımla bağlı toxunulmazlıq istəyirəm. Heç kimi qınamıram. Kim həyatını necə istəyirsə elə də yaşayır. Heç kimin kiminsə həyatına dil uzatmağa ixtiyarı yoxdur. Hər kəs öz günahına görə cavab verəcək. Hər kəs də öz savabına görə mükafatlandırılacaq”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO