Rusiyalı aktrisa: ““Qafqaz” filmində rol aldığım Bakıya gəldim” - FOTO/VİDEO 

Rusiyalı aktrisa: ““Qafqaz” filmində rol aldığım Bakıya gəldim” - FOTO/VİDEO 

Hazırda oxunan: Rusiyalı aktrisa: ““Qafqaz” filmində rol aldığım Bakıya gəldim” - FOTO/VİDEO 

189121

Rusiyanın məşhur teatr və kino aktrisası Lyubov Tolkalina Azərbaycana gəlib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib. 

Lyubov qaldığı lüks oteldən, eyni zamanda Heydər Əliyev Mərkəzi və ətrafda yerləşən parkda gəzinti zamanı çəkilən görüntülərini izləyiciləri ilə bölüşüb. Tolkalina paylaşımına bu sözləri yazıb: 

“Budur, mən yenə bu səmanın altındayam! Dənizdən gələn hava otağa qaçır və mənə özümlə bağlı xəbərlər gətirir. 15 il əvvəl mənim haqqımda... Bir vaxtlar “Qafqaz” filmində rol aldığım Bakıya qayıtdım. Şəhər necə dəyişib və burada ən əsas olanlar dəyişməyib. Bu, dənizin və dünyanın bir hissəsi olduğum, istiqamət göstərən ulduzlar şəhəridir. Səni salamlamağa şadam, Bakı!”. 
Qeyd edək ki, aktrisa yaradıcılıq karyerası ərzində 50-dən çox filmdə rol alıb ki, bunlardan ən məşhurları “Ataların günahları”, “Qaçış”, “Artistlər”, “Konservlər”, “Hamısı sizin üçün”, “Bachelorette Party”dir. ”, “Ayı dərisi”, “Sənin dünyan”, “Anjelika”, “Qızlar təslim olmur”, “Çaşqın” və sairə. 
 







Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO