İrina Şeyk Tom Kruzla sevgilidir?

Hazırda oxunan: İrina Şeyk Tom Kruzla sevgilidir?

188936

Rus əsilli dünyaca məşhur supermodel İrina Şeyk Tom Bredidən ayrıldıqdan sonra özünə yeni sevgili axtarır. 

Bizim.Media “PageSix” nəşrinə istinadən xəbər verir ki, cazibədar məşhurun çox yüksək tələbləri var – namizəd zəngin və məşhur olmalıdır. 

Buna görə də potensial namizədlər hələ də azdır. “İrina Avropada və Amerikada sevgi axtarır”, - deyə insayder nəşrə vurğulayıb. 
Mənbənin məlumatına görə, 61 yaşlı dünyaca məşhur Hollivud aktyoru Tom Kruz da bu siyahıdadır. O, bu yaxınlarda keçmiş rusiyalı məmurun qızı Elsina Xairova ilə qısa münasibətdən sonra ayrılıb və bundan əvvəl, şayiələrə görə, o, Şakiraya aşiq olub, lakin müğənninin özü Kruzla münasibətdə maraqlı olmayıb. İrina Şeyk daha əvvəl Jizel Bündxenin keçmiş əri Tom Bredi ilə görüşmüşdü. Lakin ikili daha sonra görüşlərə son qoyub. Onları sonuncu dəfə yanvar ayında görüblər. İnsayderlərin sözlərinə görə, Tom İrina ilə münasibətini davam etdirməkdən məmnun olardı, lakin onun ağır qrafiki səbəbindən buna zamanı yoxdur: 

“Əgər Tomun sevgiyə daha çox vaxtı olsaydı, çox güman ki, İrina ilə görüşəcəkdi. O, həqiqətən də onun əla olduğunu düşünür. Amma Tom öz işi ilə məşğuldur”. 

Qeyd edək ki, hazırda İrina ilə keçmiş sevgilisi, Hollivud aktyoru Bredli Kuperlə aralarında “soyuq küləklər əsir”. Buna səbəb Kuperin supermodel Cici Hadidlə olan sevgi münasibətləridir. İkili bunu artıq heç kimdən gizlətmir. Onlar tez-tez Londonda əl-ələ, göz-gözə paparazzilərin obyektivinə tuş gəlirlər. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO