Nigar Camal efirdə AĞLADI: “Aygün Bəylərin səsini eşidəndə pis oluram” - VİDEO

Hazırda oxunan: Nigar Camal efirdə AĞLADI: “Aygün Bəylərin səsini eşidəndə pis oluram” - VİDEO

188703

Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camala efirdə ağlayıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb Nigarın qonaq olduğu “Rəngarəng səhər” verilişində mərhum Əməkdar artist Aygün Bəylərlə oxuduğu “Nəfəsim gəlbim” duetini səsləndirməsi olub. 

İfasından sonra Camal A.Bəylərdən söz açıb: 

“Aygünün səsini eşidəndə pis oluram. Aygünlə duetimizi yazanda kiçik də olsa “boğazlar” etməyi ondan öyrəndim. Sonuncu dəfə Aygün Bəylərlə onun ölümündən 10 gün əvvəl telefonda danışmışdım. O vaxt isə Aygün müalicəsi üçün Türkiyəyə yola düşürdü. Ona söylədim ki, qayıdıb gələndən sonra birlikdə Şuşaya gedərik. O, bu sözlərimə susdu, heç bir şey demədi. Xəstə və vəziyyətinin ağır olduğunu heç kimə demirdi. Söylədi ki, “Niquş yaxşı olsam, gedərik birlikdə Şuşaya”. Onun ölüm xəbərini öncə dostu təsdiqləmədi. Amma sonradan dedilər ki, Aygün Bəylər dünyasını dəyişdi. Onun səhhəti çox pis idi”.  

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 6-da gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.    
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO