“Camaatın bir qismi kanalizasiyanı zibilxana kimi istifadə edir” – “Azərsu”dan AÇIQLAMA 

Hazırda oxunan: “Camaatın bir qismi kanalizasiyanı zibilxana kimi istifadə edir” – “Azərsu”dan AÇIQLAMA 

188397

İki gün əvvəl Bakının mərkəzində “Tarqovıy” adlanan ərazidə kanalizasiya borusunun tıxanması nəticəsində küçə çirkab suları ilə dolub. Aprelin 21-də gündüz saatlarında baş verən qəza aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Lakin şəhərin mərkəz yerlərindən biri, istirahət günü insanların daha çox olduğu ərazidə belə hadisənin olması xoş qarşılanmayıb.

Boruların tıxanma səbəbləri və hansı müddətdən bir təmizlənməsi müzakirə doğurub.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, borular ildə bir dəfə təmizlənir:

“Kanalizasiya boruları ildə bir dəfə təftiş olunur, yuyulur, xüsusi maşınlarla xətlərin, quyuların hamısı təmizlənir. Qəza isə hər gün olsa, hər gün gedib təmizlənilir”.

O bildirib ki, boruların tutulmasına səbəb kanalizasiya xətlərinə atılan zibillərdir:

“Kanalizasiya xəttinə istifadə olunmuş çirkab sularından başqa heç nə atılmamalıdır. Bizim camaat ora uşaq bezləri atır. Evdə təmir işləri gedəndə kərpic qırıntısı, qum tökürlər. Qəssablar heyvan kəsəndə malın dərisini, bağırsağını, hər şeyini ora atırlar. Çox təəssüf ki, bu gün camaatın bir qismi kanalizasiyanı zibilxana kimi istifadə edir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO