Aysun: “Özüm kimi gözəl bir qızım olacaq” – VİDEO 

Aysun: “Özüm kimi gözəl bir qızım olacaq” – VİDEO 

Hazırda oxunan: Aysun: “Özüm kimi gözəl bir qızım olacaq” – VİDEO 

188332

“Ana olacağam. Biraz çəki almışam. Buna görə isə biraz depressiya yaşayıram. Amma bunlar gözəl hisslərdir. Ailə mənim üçün əvəzsizdir. Ən gözəl Allahın nemətidir. Hər zaman istəyirdim ki, sevgi dolu bir ailəm olsun. Çox şükür bu günə”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova “Sözbaz” maqazin verilişinə müsahibəsində deyib. 

Vəkil Ramil Vəliyevlə ailəli olan sənətçi bildirib ki, onların qız övladı dünyaya gələcək: 

“Özüm kimi gözəl bir qızım olacaq. Ən çətin anımız dünyaya gələcək uşağıma ad seçməkdir. Adla bağlı ağlıma heç nə gəlmir. Çünki düşünürəm ki, bu çox məsuliyyətli bir məsələdir. Övladın böyüdüyündə adından utanmamalıdır, əksinə sevməlidir. Mən adın insan taleyinə yansıladığı məsələsinə inanıram. Ona görə qızıma elə bir ad seçməliyəm ki, həyatına gözəl yansısın”. 
Qeyd edək ki, Aysun İsmayılova ötən ilin sonlarında ikinci dəfə ailə həyatı qurub. O, vəkil Ramil Vəliyevlə nikaha girib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO