Azərbaycanın subay MƏŞHURLARI - FOTO

Azərbaycanın subay MƏŞHURLARI - FOTO

Hazırda oxunan: Azərbaycanın subay MƏŞHURLARI - FOTO
185743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Deyirlər, subaylıq sultanlıqdır.

Bizim.Media lent.az-a istinadən sultanlıq taxtından enməyən məşhurlaımızı təqdim edir:

34 yaşlı aktrisa və aparıcı Kəmalə Piriyeva hələlik evlənmək arzusunda deyil.

Azərbaycanın subay MƏŞHURLARI - FOTO - foto 1

33 yaşlı müğənni Günay İbrahimli də hələlik həyatına heç kimi qəbul eləmir.

Azərbaycanın subay MƏŞHURLARI - FOTO - foto 2

55 yaşlı aşıq Telli Borçalı vaxtilə onu döyə biləcək güclü bir kişi ilə ailə quracağını desə də, hələ elə bir qoçaq tapılmayıb.

Azərbaycanın subay MƏŞHURLARI - FOTO - foto 3

40 yaşına çatan müğənni Azəri qızı Günel 3 dəfə evlənməyə cəhd etsə də, nikah masasına oturmayıb.

Azərbaycanın subay MƏŞHURLARI - FOTO - foto 4

44 yaşlı aparıcı Nanə Ağamalıyevanın da könlünü ovlayan qəhrəman tapılmayıb.

Azərbaycanın subay MƏŞHURLARI - FOTO - foto 5

62 yaşlı müğənni Şəbnəm Tapdıq indiyə qədərki ömrünü subay olaraq yaşayıb.

Azərbaycanın subay MƏŞHURLARI - FOTO - foto 6

53 yaşlı müğənni və pedaqoq Teymur Əmrah da tənhalığa üstünlük verib.

Azərbaycanın subay MƏŞHURLARI - FOTO - foto 7

56 yaşlı müğənni Samir Bağırov da evlənmədən yaşlanır.

Azərbaycanın subay MƏŞHURLARI - FOTO - foto 8

44 yaşlı müğənni Samir Cavadzadə də subaylar karvanının üzvüdür.

Azərbaycanın subay MƏŞHURLARI - FOTO - foto 9

40 yaşlı aparıcı Samir Bayramlı ailə qurmağı düşünsə də, hələlik evlənmir.

Azərbaycanın subay MƏŞHURLARI - FOTO - foto 10

54 yaşlı müğənni Mətanət Əsədova sevgilisi olduğunu desə də, ailəli deyil.

Azərbaycanın subay MƏŞHURLARI - FOTO - foto 11

Azərbaycan mədəniyyətində iz qoymuş bir çox klassik sənətkarlarımız da subay yaşayıb, dünyadan subay köçüblər.

Xanəndə Seyid Şuşinski. 76 yaşında dünyasını dəyişib. Gəncliyində sevgi oxu daşa dəydiyindən ömürlük subay qalıb.

İlk qadın bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayeva. 63 yaşında Bakıda dünyasını dəyişib. Xanım bəstəkarın həmkarlarından biriylə cavabsız sevgi yaşadığı deyilir.

Azәrbaycanın ilk pianoçu-pedaqoqu, SSRİ xalq artisti Kövkəb Səfərəliyeva. 78 yaşında vəfat edib. 23 yaşında qəfil xəstəlikdən dünyasını dəyişən Asəf Zeynallı ilə sevgili olub, sevgilisinin vaxtsız ölümündən sonra heç kimə könül verməyib.

Şair Məhəmməd Hadi 41 yaşında subay olaraq dünyasını dəyişib.

Hüseyn Cavidin qızı Turan Cavid. 77 yaşında dünyasını dəyişib. Ənvər Məmmədxanlı ilə sevgili olub. Atası xalq düşməni elan edilməsinə görə bu evlilik baş tutmayıb.

Yazıçı Ənvər Məmmədxanlı 77 yaşında dünyadan köçüb. Turan Cavidlə sevgili olub.

Akademik Azad Mirzəcanzadə 80 yaşında həyatdan subay  köçüb.

Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadə. 64 yaşında dünyasını dəyişib. Heç vaxt evlənməyib.

Rejissor Arif Babayev 54 yaşında dünyasını subay olaraq dəyişib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO