Heyli Castindən ayrılmadığını 500 minlik üzüklə sübut etdi - FOTO

Hazırda oxunan: Heyli Castindən ayrılmadığını 500 minlik üzüklə sübut etdi - FOTO

185643

Dünyaca məşhur supermodel Heyli Biber və pop ulduz Castin Biberin evliliklərində problemlərin olduğu barədə yayılan xəbərlərdən sonra model fanatlarını bunun belə olmadığına inandırmaq üçün əlindən gələni edir. 

Bizim.Media xəbər verir ki, bu dəfə Heyli “Instagram” hesabında selfi paylaşaraq,  ön planda bərq vuran 500 min dollar dəyərində böyük brilliant daşlı nişan üzüyünü nümayiş etdirib.

“People” dərgisi da aralarında hər şeyin yaxşı olduğunu iddia edən bir insayderin onlara yazdığı mesajı yayımlayıb. 
“Heyli və Castin özlərini əla hiss edirlər. Boşanma təhlükəsi və eyni zaman da heç bir gizli həqiqət yoxdur”, - deyə mənbə bildirib. 

Qeyd edək ki, cütlük 5 ildən çoxdur evlidir. Heyli və Castin bir-birlərini yeniyetməlikdən tanıyıblar, 2 il görüşüblər, lakin o zaman Castinin həyatında əsas sevgi onunla birlikdə olduğu Selena Qomez olub. 2018-ci ildə Castin və Selena yenidən ayrılıblar. 6 ay sonra Castin Heyli ilə evlənib.  



Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO