47 yaşlı Şakira 31 yaşlı aktyorla EŞQ YAŞAYIR - FOTO

Hazırda oxunan: 47 yaşlı Şakira 31 yaşlı aktyorla EŞQ YAŞAYIR - FOTO

185612

2022-ci ildə Şakira övladlarının atası futbolçu Jerar Pike ilə acı bir ayrılıq yaşadı. Xəyanətlə üzləşən ifaçı, iki oğlunu da götürüb Barselonadan ABŞ-a getdi. Pike tez zamanda gənc məşuqəsinin qucağında rahatlıq tapdı, lakin Şakira uzun müddət tək qaldı. Müğənniyə özünə gəlmək üçün bir ildən çox vaxt lazım oldu. İndi isə pop ulduzun xoşbəxt olduğu və yenidən aşiq olduğu məlum olub. 

Bizim.Media xəbər verir ki, sənətçinin dostları “Daily Mail” nəşrinə bildiriblər ki, 47 yaşlı Şakiranın “Emily in Paris” serialında rol almış 31 yaşlı aktyor Lusyen Laviskauntla görüşür. 

Onların romantikası Şakiranın “Punteria” mahnısına çəkilən klipin çəkilişləri zamanı başlayıb. Çəkilişlər fevral ayında aparılıb. Lusyen klipdə Latın Amerikalı müğənninin sevgilisini canlandırıb. Ekran işində o, sənətçini çox mehribanlıqla qucaqlayır, yanağını sığallayır. 
 Çəkiliş meydançasında yaranan ehtiras real həyatda incə hisslərə çevrilib. Klip yayımlandıqdan bir neçə gün sonra cütlük Nyu-York restoranlarından birində görüşərkən görüntülənib. 

Ancaq hər şey o qədər də sadə deyil: müğənninin dostları oğlanın alfons olduğundan və yalnız şöhrət naminə onunla görüşdüyünü bildiriblər. Şakira Lusyendən qat-qat populyar və nüfuzludur və o, onların fikrincə, bundan tam şəkildə istifadə edir.  

Eyni zamanda, ulduzun dostları əmindirlər ki, Şakira hələ də Jerar Pikeni unuda bilmir və sadəcə başqasının qucağında onun əvəzini tapmağa çalışır. 

Dostların dediyinə görə, Lusyen bu yolla öz şöhrət payını artırmağa çalışır.  

Qeyd edək ki, Şakira və Jerar Pike 2011-ci ildən görüşür. Onlar 2010-cu ilin yazında, Pike müğənninin 2010-cu il FİFA Dünya Kubokunun rəsmi mahnısı olan “Waka Waka” klipində göründüyü zaman tanış olublar. Cütlük 8 il birlikdə yaşayıblar. Müğənni və futbolçunun iki oğlu var - 11 yaşlı Milan və 9 yaşlı Saşa. 

Şakira və Jerar 2022-ci ildə qalmaqallı şəkildə ayrılıblar. Müğənni nikahlı ərini onu başqa bir qadın, 23 yaşlı tələbə Klara Çia ilə aldatmaqda ittiham edib. Futbolçu Şakiranın oğullarını görə bilməsi üçün ondan 400 min avro borcunu ödəməsini və İspaniyadan ABŞ-a və geriyə birinci sinfə illik 5 aviareysin pulunu ödəməsini tələb edib. Müğənni isə onun tələbləri ilə razılaşmaq məcburiyyətində qalıb. 



Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO