Alla Puqaçovanın “Crocus”daki faciə ilə bağlı paylaşımı QALMAQAL YARATDI - FOTO

Alla Puqaçovanın “Crocus”daki faciə ilə bağlı paylaşımı QALMAQAL YARATDI - FOTO

Hazırda oxunan: Alla Puqaçovanın “Crocus”daki faciə ilə bağlı paylaşımı QALMAQAL YARATDI - FOTO
184566
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Xalq Artisti Alla Puqaçova “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı diqqət çəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, estrada ulduzu sosial şəbəkə hesabında yayımladığı postu ilə həmkarlarını biabır edib. 

Puqaçova, fotosunu izləyiciləri ilə bölüşərək “Kədər “Instagram”da deyil, ruhda olmalıdır, Amin!” sözlərini yazıb. 

Onun bu paylaşımı isə sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər Allanı tənqid atəşinə tutublar. 
Qeyd edək ki, martın 22-də axşam saatlarında “Crocus City Hall”da tamaşaçılara atəş açan silahlı şəxslər binanı yandırıblar, nəticədə bina tamamilə yanıb və dam örtüyü uçub. Son məlumatlara görə, terror aktı nəticəsində 143 nəfər həlak olub, 180-dən çox insan yaralanıb, 70-dən çox insan isə xəstəxanalarda qalır. Terror aktı ilə bağlı 8 nəfər, o cümlədən istintaqın hücumun bilavasitə iştirakçısı hesab etdiyi dörd nəfər həbs edilib.

Alla Puqaçovanın “Crocus”daki faciə ilə bağlı paylaşımı QALMAQAL YARATDI - FOTO - foto 1


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO