Nazilədən onu Fatimə ilə barışdırmaq istəyən Manafa: “Belə iş görməyə qoymaram” - VİDEO

Nazilədən onu Fatimə ilə barışdırmaq istəyən Manafa: “Belə iş görməyə qoymaram” - VİDEO

Hazırda oxunan: Nazilədən onu Fatimə ilə barışdırmaq istəyən Manafa: “Belə iş görməyə qoymaram” - VİDEO

183678

Müğənni Manaf Ağayev efirdə aralarında qalmaqal yaşandığı şairə və qirayətçi Nazilə Səfərli ilə “Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyevanı barışdırmağa cəhd göstərib. 

Bizim.Media xəbər verir ki, həmin hadisə Manafla Nazilənin qonaq olduğu “Rəngarəng səhər” verilişində yaşanıb. 

Manafın belə bir addım atmaq istədiyini öyrənən Nazilə etirazını bildirib və bu cəhdin artıq gec olduğunu dilə gətirib: 

“Elə bir insan yoxdur ki, onun ehtiyat etdiyi və utandığı bir yeri olmasın. Bu isə hamıya aiddir. Çünki vaxt gəlir paşanın da “poşuya” işi düşür. Mən Fatimə ilə savaşdım bir söz dedim? Amma deyə bilərdim yox, “lər”, “lər” və “lər”... Dilləndim? Xeyr, dillənmədim. Demək ki, dalaşanda ayaq yeri qoymaq lazımdır. Manaf məni Fatimə ilə barışdırmağa cəhd etmə. Artıq o deyil... Zamanında edə bilərdin. Nə zaman ki, onunla aramda 14 günlük məhkəmə yox idi. Mən məhkəməni udandan sonra yaxın qoymaram belə bir iş görməyə”. 

Ağayev Səfərlinin bu sözlərinə “Naziləni Fatimə ilə barışdırmağa mən razılaşdıraram” deməsinə şairə “Onun qanun qarşısında mənə öhdəliyi var. Onu həll etsin, sonra niyə barışmıram ki? Barışaram... O hansı kanaldan nə danışıbsa, təkzib etməlidir. Üzürünü qoy yerinə, təkzib etməlidir. O məhkəmənin kəsdiyi cəriməni ödəyib. Amma hələki onu götürməmişəm. Bu pulu yeni gələn rəqqasələrin milli geyim tikməyə xərcləyəcəyəm” reaksiya bildirib. 
Qeyd edək ki, Apelyasiya Məhkəməsində qalib gələn Nazilə Səfərli Fatimə Fətəliyevadan üzr istəməsini tələb edib. Nazilənin 50 minlik təzminat davası 500 manata qədər endirilib və qarşı tərəfin bu məbləği ödəməli olacağı ilə bağlı qərar çıxarılıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO