Rafael İsgəndərov: “Aktyor kimi dolana bilmədiyim üçün kloun kimi çıxış edib, fəhləlik etmişəm” - VİDEO

Rafael İsgəndərov: “Aktyor kimi dolana bilmədiyim üçün kloun kimi çıxış edib, fəhləlik etmişəm” - VİDEO

Hazırda oxunan: Rafael İsgəndərov: “Aktyor kimi dolana bilmədiyim üçün kloun kimi çıxış edib, fəhləlik etmişəm” - VİDEO

183577

“Deyilənə görə, Rafael İsgəndərov və Coşqun Rəhimovun gözəl istedadları var. İndi də var şükür Allaha. Mədəniyyət və İncəsənət Universitetdə tələbə ola-ola Gənclər Teatrında Hüseynağa Atakişiyev kimi rejissordan baş rol almışdıq. Amma biz dolana bilmirdik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Bu şəhərdə” estrada teatrının üzvü Əməkdar artist Rafael İsgəndərov “YouTube”da yayımlanan “AStar” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, teatrda çalışdığı illərdə aktyorluqdan qazancı az olduğuna görə məcburiyyətdən müxtəlif yerlərdə fəhlə kimi də işləyib: 

“Kosa, keçəl, kloun kimi məclislərə getmişəm. “Şaxta baba” obrazına isə boyum çatmırdı, biraz... İndiki bəzi məşhurlarla bir yerdə getmişik. Adlarını demək istəmirəm, bəlkə, xətrlərinə dəyər. 1993-cü ildə Rusiyaya böyük axın olanda, camaat işləməyə gedirdi. Atama dedim ki, mən də getmək istəyirəm. Rus dilini bilirəm, gedib haradasa işləyəcəyəm. Cibindən 2 min “Məmməd”i çıxarıb, yarısını verdi mənə. Dedi “acımızdan ölsək də, tox da olsaq, burada olacaqsan. Heç yerə getməyəcəksən”. 

Allah atama rəhmət eləsin ki, o məni o vaxt qoymadı getməyə. Sonra getdim Gənclər teatrına. Qəbul oldum. 1 ildən sonra artıq baş rolda oynayırdım. Amma yenə də dolana bilmirdim. 4 “Şirvan”, 9 “Məmməd” pul verirdilər. Mənim isə 6 “Şirvan” yol pulum idi.  Qazancım heç yol pulumu qarşılamırdı. O əlavə pulu isə “xaltura” çəkilişlərdən qazanırdım. 
Fəhlə, “svarşik” kimi getmişəm, bulku bişirilən “pekarnı”da işləmişəm. Gecələr orada “bulku” bişirirdim. Səhər isə 07:00-dan 10:00- kimi yatmışam. Sonra isə yuxudan qalxıb getmişəm tamaşanın məşqlərinə. Günorta “qrimyornu”da uzanıb, bir dənə “pirojki” alıb yemişəm.  Bunları ağlaşma kimi demirəm, sadəcə yaşadığımı deyirəm. Axşam saat 19:00-da tamaşa oynamışam. 13 nəfər zalda tamaşaçı olub. Bu isə qayda idi ki, bu qədər adam olsa belə tamaşanı oynamalısan. 

Oradan da çıxıb getmişəm “bulka” bişirməyə. Səhər yenə həmin şey. Həm gündəlik pul həmdə 10 ədəd “bulka” verirdilər. Bu isə orada çalışan hər işçinin “norması” idi. Rafaellə Coşqun birdən-birə gəlib Rafael Coşqun olmadılar ki...” 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO