Gülüstan şəhid ərindən danışıb AĞLADI - VİDEO

Gülüstan şəhid ərindən danışıb AĞLADI - VİDEO

Hazırda oxunan: Gülüstan şəhid ərindən danışıb AĞLADI - VİDEO

182423

Əməkdar artist Gülüstan Əliyeva şəhid həyat yoldaşı Zahid Əhmədovdan söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində mərhum əri ilə bağlı xatirələrini bölüşərkən göz yaşlarına qərq olub. 

“Həyat qurbanlarını özü seçir. Hər kəsin daxilində bir sınıqlığı var. Onun məzarına gedəndə çox xoşbəxt idim. Çətin anlarım olanda, nəsə bir pis şey baş verəcəksə, xəbərdarlıq etmək üçün yuxuma gəlir. Ruhlar heç vaxt ölmür.

Dünyadan gedən lazımsız cismimizdir. Bir daha əmin oldum ki, onun ruhu yaşayır. Bilmişdi ki, biz gələcəyik və yuxuma girdi. 33 ildir cismən yanımda deyil. Bu, sevgi deyil. Bu, sevgidən daha üstün bir hissdir”, - deyə Gülüstan vurğulayıb.  

Qeyd edək ki, G.Əliyevanın şəhid həyat yoldaşı Zahid Əhmədovdan bir oğlan övladı var.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO