Qızı Aygün Bəylərin vəfatından sonra ilk dəfə MÜSAHİBƏ VERDİ – VİDEO 

Qızı Aygün Bəylərin vəfatından sonra ilk dəfə MÜSAHİBƏ VERDİ – VİDEO 

Hazırda oxunan: Qızı Aygün Bəylərin vəfatından sonra ilk dəfə MÜSAHİBƏ VERDİ – VİDEO 

181806

Mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan anasının dünyasını dəyişməsindən sonra ilk dəfə efirə çıxıb. 

Bizim.Media xəbər verir ki, mərhumun qızı “Xəzər axşamı” verilişinə müsahibə verib. 

Canan süjetdə bacarıqlarından və arzularından bəhs edib: 

“Avropa Azərbaycan Məktəbində oxuyuram. Uşaqlıqdan çox arzularım olub. Mən də müəllim olmaq istəmişəm. Sonra fikrimi dəyişdim ki, musiqiçi olacağam. İndi fikirləşirəm ki, böyüyəndə alınsa, rəssam olacam. Alınmasa, animasiya düzəldəcəyəm. “Bülbül”də iki il oxudum.

Fortepiano üzrə təhsil alırdım. İkinci sinifdə fikir verdim ki, istəmirəm, heç ev tapşırığı etmirəm. Dedim, ana, mən musiqini istəmirəm, niyə göndərirsən? Sonuncu öyrətdiyi mahnı “Özün günahkarsan” olub. Anamın portretini çəkə bilərəm. Bəlkə gözlərini dəfələrlə silib yenidən çəkmişəm. Rəssamlıqla bağlı kursa getmişəm. Anam görürdü, deyirdi kaş, məni də belə çəkəsən. Evdə mahnı qoşurdu, oxumağa, oynamağa başlayırdı. Mən də onunla akkord tuturdum, yanında ifa edirdim. Səhvlərimi göstərirdi, mən də düzəldirdim. İstəyirdi ki, musiqi ilə məşğul olum. Sadəcə musiqini anlayırdım, musiqi məni sevirdi, mən onu yox”.

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 6-da gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO