Heylidən Castinlə evlilik problemlərinin olması ilə bağlı şayiələrə REAKSİYA

Heylidən Castinlə evlilik problemlərinin olması ilə bağlı şayiələrə REAKSİYA

Hazırda oxunan: Heylidən Castinlə evlilik problemlərinin olması ilə bağlı şayiələrə REAKSİYA

181478

Supermodel Heyli Biber dünya ulduzu Castin Biberlə evliliklərində problemlərin olması ilə bağlı yayılan yeni şayiələrə cavab verib.  

Bizim.Media xəbər verir ki, Heyli haqlarında yayılan bütün bu dedi-qoduları tamamilə yalanlayıb. 

“TikTok”dakı bütün bu dedi-qodular və “araşdırmalar” yüz faiz həqiqətə uyğun deyil. Ya havadan çıxarılıb, ya da cəfəngiyyat diyarından gəliblər. Bəli, mən anlayıram ki, bu cür hekayələri müzakirə etmək maraqlı ola bilər, amma bilməlisiniz ki, bu, yalandır. Əyləncənizi yarıda kəsdiyim üçün üzr istəyirəm”,-  deyə Hayli vurğulayıb.  

Castin və Heylinin evliliyində hər şeyin yaxşı getmədiyinə dair fərziyyələr davamlı şəkildə sosial şəbəkələrdə müzakirə olunur.  

Castinin həyat yoldaşı ilə münasibətlərinə təsir edən ciddi psixi problemləri olduğunu bildirilib. 

Qeyd edək ki, cütlük 5 ildən çoxdur evlidir. Hayli və Castin bir-birlərini yeniyetməlikdən tanıyıblar, 2 il görüşüblər, lakin o zaman Castinin həyatında əsas sevgi onunla birlikdə olduğu Selena Qomez olub. 2018-ci ildə Castin və Selena yenidən ayrılıblar. 6 ay sonra Castin Heyli ilə evlənib. 





Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO