Şəbnəm Zaura “od püskürdü”: “Bəsdir, məni verilişində Vəfa ilə müqayisə etdin” - FOTO/VİDEO

Şəbnəm Zaura “od püskürdü”: “Bəsdir, məni verilişində Vəfa ilə müqayisə etdin” - FOTO/VİDEO

Hazırda oxunan: Şəbnəm Zaura “od püskürdü”: “Bəsdir, məni verilişində Vəfa ilə müqayisə etdin” - FOTO/VİDEO

181362

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) aparıcı Zaur Nəbioğluya qəzəblənib. 

Bizim.Media xəbər verir ki, Şəbnəm sosial şəbəkə hesabında post paylaşaraq Zauru aparıcısı olduğu verilişində reytinq xətrinə onu düşmən kəsildiyi həmkarı Vəfa Şərifova ilə müqayisə etməsini sərt şəkildə tənqid edib. 

“Şəbnəm öldü daha efirlərə deməkdən ki, məni bu adamla (Vəfa Şərifova nəzərdə tutur – red.) müqayisə etməyin. Zaur Nəbioğlu bəsdir! Dəfələrlə sənətkarlar da deyir ki, bunları (özü ilə Vəfanı nəzərdə turur – red.) eyni tutmayın. Amma yenə də dayanmırsınız. Məndən əvvəl bu qadın çıxdı. Məndən qorxdu gəlmədi. Mən də dedim ki, mənə onunla bağlı yarışma deyilməyib.  Deyilsə də belə getməzdim çünki o mənim  rəqibim ola bilməz. Bunu özü də bilir.  Mən onu xalqın qarşısında pərt etmərəm axı.  

Elə bir kökdən oxuyardım o qalardı pis vəziyyətdə. Bir muğam oxusan o pərt olardı. Qaldı o səs yazıma o köhnədir. Mən düz demişəm. O mənə qarşı artıq danışa bilməz. İndi o səs yazımı paylaşır ki, gündəm olsun. Boş şeydir… Mən qadağa qoymuşam aparıcılara onun adı mənimlə çəkilməsin. Sənətkarların da sözü budur”. 
Qeyd edək ki, Vəfa Şərifova sosial şəbəkə hesabında Şəbnəm Tovuzlunun onun barəsində danışdığı səs yazısını yayaraq bu məsələ ilə bağlı münasibət bildirib. Vəfa Şəbnəmin onunla mənasız ədavət apardığını söyləyib. 
 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO