Moskvaya səfər edən Burak Özçivit: “Xanımım məni Türkiyədən izləyir” - FOTO/VİDEO

Moskvaya səfər edən Burak Özçivit: “Xanımım məni Türkiyədən izləyir” - FOTO/VİDEO

Hazırda oxunan: Moskvaya səfər edən Burak Özçivit: “Xanımım məni Türkiyədən izləyir” - FOTO/VİDEO
179240
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şöhrəti “Muhteşem Yüzyıl” serialından sonra sərhədlər aşan, hazırda isə "Kuruluş Osman" serialında baş rolu ifa edən türkiyəli aktyor Burak Özçivit Moskvaya gəlib. 

Bizim.Media xəbər verir ki, 39 yaşlı aktyor “Crocus City Hall”da keçirilən “Türk seriallarının musiqisi” konsertinə qatılıb. 

Burak konsertin sonunda səhnəyə çıxaraq pərəstişkarları ilə söhbət edib və qısa müsahibə verib. 

Pərəstişkarları aktyoru hava limanında gözləyiblər. O təyyarədən enər-enməz fanatlar aktyoru mühasirəyə alıblar. Özçivit  yorğunluğuna baxmayaraq, avtoqraf verməkdən imtina etməyib. Daha sonra “Ukrayna” otelinə yollanan Burak onu xalq geyimli qızlar qarşılayıb və spirtli içki təklif ediblər.  

Aktyor axşam saatlarında orkestrin müşayiəti ilə məşhur türk seriallarının saundtreklərinin səsləndirildiyi konsertə qatılıb. Tamaşaçıların alqışları altında Burak “Kalinka” xalq mahnısını ifa edib və gecənin aparıcısı Vyaçeslav Makarovdan hədiyyələr alıb - aktyorun təsviri olan matruşka kuklası və qulaqcıqlı papaq. 

Sənətçi Moskva səfəri ilə bağlı təəssüratlarından da söz açıb. Həyat yoldaşı, aktrisa və model Fahriye Evcenin Moskvada baş verənləri Türkiyədən aktiv şəkildə izlədiyini deyən Burak rus qızlarının gözəlliyi ilə bağlı suallardan hər vəclə yayınıb.

Deyirlər ki, 2017-ci ildən evli olduğu və iki oğlu olan Evcen çox qısqancdır və ərinə hətta pərəstişkarları ilə foto çəkdirməyi belə qadağan edə bilər. 

Belə ki, “Dom-2”nın keçmiş aparıcısı və türk serialının pərəstişkarı Kseniya Borodina bir dəfə Burakla şəkil çəkdirmək istəsə də, arvadı buna imkan verməyib. 
 


Moskvaya səfər edən Burak Özçivit: “Xanımım məni Türkiyədən izləyir” - FOTO/VİDEO - foto 1
Moskvaya səfər edən Burak Özçivit: “Xanımım məni Türkiyədən izləyir” - FOTO/VİDEO - foto 2
Moskvaya səfər edən Burak Özçivit: “Xanımım məni Türkiyədən izləyir” - FOTO/VİDEO - foto 3
Moskvaya səfər edən Burak Özçivit: “Xanımım məni Türkiyədən izləyir” - FOTO/VİDEO - foto 4
Moskvaya səfər edən Burak Özçivit: “Xanımım məni Türkiyədən izləyir” - FOTO/VİDEO - foto 5
Moskvaya səfər edən Burak Özçivit: “Xanımım məni Türkiyədən izləyir” - FOTO/VİDEO - foto 6
Moskvaya səfər edən Burak Özçivit: “Xanımım məni Türkiyədən izləyir” - FOTO/VİDEO - foto 7

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO