Qalmaqallı model Razinin əri ilə

Qalmaqallı model Razinin əri ilə "Sevgililər günü"ndə FOTOSESSİYASI

Hazırda oxunan: Qalmaqallı model Razinin əri ilə "Sevgililər günü"ndə FOTOSESSİYASI

178193

Qalmaqallı və səs-küylü model  və bloqer Razi Əliyeva həyat yoldaşı Nicat bəylə 14 Fevral - "Sevgililər günü" ilə bağlı obyektiv qarşısına keçiblər.

Bizim.Media xəbər verir ki, Razi əri ilə çəkdirdiyi ağlı-qaralı fotosessiyasından olan şəkilləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Şəkillərdə Razi və həyat yoldaşı Nicat səmimi və eşq dolu romantik pozlar veriblər. Model sözügedən fotolara "Birinci studio çəkilişimiz "Sevgililər günü" üçün oldu" şərhini yazıb.

Qeyd edək ki, Razi Əliyeva ötən ilin dekabrın 3-də Nicat adlı bəylə ailə qurub.

Xatırladaq ki, ötən il model Razi Əliyeva keçmiş sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da instaqramda yayıb. Z.Hüseynzadə isə R.Əliyevanın dediklərini böhtan adlandırıb. 

DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlayıb.
Ziya Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134, 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 221.1.1 maddələri ilə ittiham irəli sürülüb.
















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO