Xalq artisti Röya “Zülmətəm”i “Sevgililər Günü”ndə təqdim etdi – VİDEO 

Xalq artisti Röya “Zülmətəm”i “Sevgililər Günü”ndə təqdim etdi – VİDEO 

Hazırda oxunan: Xalq artisti Röya “Zülmətəm”i “Sevgililər Günü”ndə təqdim etdi – VİDEO 

178091

Xalq artisti Röya Ayxan 2024-cü il üçün ilk layihəsini təqdim edib. 

Bizim.Media xəbər verir ki, sənətçi “Sevgililər Günü” münasibətilə müəllifi Fərid Ağaya məxsus “Zülmətəm” adlı yeni mahnısı və klipini sevənlərinin ixtiyarına verib. 

Röyanın “Ummadığım anda”, “Afaki”, “Tez gəl” adlı bəstələrinə ekran həyatı verən türkiyəli fotoqraf və rejissor Orçun Mutlu bu klipi də öz öhdəsinə götürüb. Estrada ulduzu 7 biri-birindən fərqli obrazda kamera qarşısına keçib.
Mutlu buna qədər sənətçinin kliplərini çəkib. Ekran işi üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb. 

Mahnı bütün rəqəmsal musiqi platformalarında, klip isə Röyanın rəsmi “YouTube” kanalında yayımdadır. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO