Brilliant efirə zəng edərək Ehtiram üçün göz yaşı tökdü: “Onu görəndə pis oluram” – VİDEO 

Brilliant efirə zəng edərək Ehtiram üçün göz yaşı tökdü: “Onu görəndə pis oluram” – VİDEO 

Hazırda oxunan: Brilliant efirə zəng edərək Ehtiram üçün göz yaşı tökdü: “Onu görəndə pis oluram” – VİDEO 

176646

Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Ehtiram Hüseynov üçün göz yaşı axıdıb. 

Bizim.Media xəbər verir ki, Ehtiramı “Elgizlə izlə” ictimai-sosial verilişində görən Brilliant canlı efirə zəng edib. 

Hüseynovun ifasından heyranlığını ifadə edən Dadaşova telefonda ağlayaraq bu sözləri dilə gətirib: 

“Ehtirama verdiyiniz diqqətə görə çox sağ olun. Bütün müğənnilər qəlblərə yol tapa bilir (ağlayır)... Ehtiramı görəndə pis oluram. Biz bir xalq olaraq, mədəni cəmiyyət olaraq Ehtiram kimi sənətkarlarımıza dəyər, qiymət verməliyik. Ehtiram bizi düşündürə bilir. O bizim yadımıza salır ki, ruhumuz var. O bizim ruhumuzu dilləndirir. Onun ifasını göz yaşı tökmədən dinləyə bilmirəm”. 

Ehtiram Brilliantın bu sözlərindən təsirlənərək “Çox sağ olun, Brilliant xanım” qısa şərhini bildirib. 

Qeyd edək ki, E.Hüseynov uzun zamandır ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO