Tolik: “Anama kreditlə aldırdığım telefonu itlə dəyişdirmişdim” – VİDEO 

Tolik: “Anama kreditlə aldırdığım telefonu itlə dəyişdirmişdim” – VİDEO 

Hazırda oxunan: Tolik: “Anama kreditlə aldırdığım telefonu itlə dəyişdirmişdim” – VİDEO 
175621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Uşaqlıqda travmalarım çox olub. Valideynlərimi incitmişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Tolik ləqəbi ilə şou-biznesdə məşhurlaşan aparıcı və prodüser Tarix Əliyev qonaq olduğu “Sözbaz” maqazin verilişində deyib. 

Tolik bildirib ki, anasına kreditlə aldırdığı telefonu itə dəyişdirib:

“Anamı çox incitmişəm. Mobil telefonlar təzə çıxmışdı. Anamı məcbur etdim ki, mənə ən son model “Ericson” mobil telefonunu alsın. Əvvəlcədən 90 dollar pul verirdin, sonra isə 24 ay kredit ödəyirdin. Şamil Əzizbəyov 47 ünvanına köçdük. Akademik Milli Dram Teatrının yanında mobil telefonu itə dəyişdim. İtlə gəldim evə. Anam söylədi ki, bu nədir belə? Dedim ki, mobil telefonu itlə dəyişdirdim. Dedi ki, sən dəlisən, o telefonu kreditlə almışam. Etdiklərimi anlamırdım”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO