ABŞ-a köçən keçmiş “Dəyirman”çının Hollivud macərası - FOTO/VİDEO 

ABŞ-a köçən keçmiş “Dəyirman”çının Hollivud macərası - FOTO/VİDEO 

Hazırda oxunan: ABŞ-a köçən keçmiş “Dəyirman”çının Hollivud macərası - FOTO/VİDEO 

173609

ABŞ-a köçən keçmiş “Dəyirman” qrupunun üzvü Elmir Teymur Hollivudda yerləşən dünyaca məşhur “Şöhrət xiyabanı”na yollanıb. 

Bizim.Media xəbər verir ki, Elmir orada dünyaca məşhur repçi Tupak Şakurun, Honq Konq və Amerika kino aktyoru Brus Linin və amerikalı peşəkar məşhur boksçu Muhammed Alinin əks olunduğu ulduz imzalarının fotolarını paylaşıb. 

Bundan başqa, E.Teymur ABŞ-ın Kaliforniya ştatının Los-Anceles qraflığının qərb sahilində yerləşən Santa Monika şəhərinə baş çəkib. Orada çəkdiyi bir-birindən maraqlı şəkilləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 
Qeyd edək ki, 2018-ci ildə “Greencard” qazanan E.Teymur ailəsi ilə bərabər ABŞ-a köçüb. 


 

















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO