Aygün Bəylər və Nigar Camalın dueti üç gündə trendə düşdü - VİDEO

Aygün Bəylər və Nigar Camalın dueti üç gündə trendə düşdü - VİDEO

Hazırda oxunan: Aygün Bəylər və Nigar Camalın dueti üç gündə trendə düşdü - VİDEO
172963
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aygün Bəylər və Nigar Camalın ifası dörd il sonra trend olub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, mərhum Əməkdar artist Aygün Bəylər və “Avroviziya”nın qalibi Nigar Camalın “Nəfəsim, qəlbim” mahnısı 2019-cu ildə işıq üzü görüb.

Sənətçilərin dueti 4 il sonra yenidən diqqət çəkib. Buna səbəb isə Aygün Bəylər dünyasını dəyişəndən sonra Nigarın efirdə mahnını tək ifa edərkən ağladığı anların viral olması zəmin yaradıb.

“YouTube”da 1,5 milyon baxışı olan mahnı üç gündə 400 mindən çox baxış sayı toplayıb. İfa eyni zamanda “TikTok”da da trendə düşüb.
Qeyd edək ki, mahnının sözləri İkram Əliyevə, musiqisi isə Nigar Camala məxsusdur. Sənətçilərin “Şəhidlər” adlı dueti də var.

Xatırladaq ki, Əməkdar artist Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərindəki xəstəxanada yanvarın 7-də vəfat edib. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO