“Çılpaq ziyafət”də iştirak edən rusiyalı reper həbs edildi - FOTO

“Çılpaq ziyafət”də iştirak edən rusiyalı reper həbs edildi - FOTO

Hazırda oxunan: “Çılpaq ziyafət”də iştirak edən rusiyalı reper həbs edildi - FOTO

170952

Moskva Şəhər Məhkəməsi rusiyalı bloqer Anastasiya İvleevanın “çılpaq ziyafət”ində iştirak edən “Vacio” (Nikolay Vasilyev) adlı reperin həbsi ilə bağlı yekun qərar verib. 

Bizim.Media “RBK”ya istinadən xəbər verir ki, məhkəmə Lefortova Rayon Məhkəməsinin reperlə bağlı dekabrın 22-si çıxardığı qərarı qüvvədə saxlayıb.

Nəticədə “Vacio” qeyri-ənənəvi seksual münasibətlərin təbliğinə görə 200 min rubl (təqribən 3700 manat) həcmində cərimə edilib və ona qarşı 15 sutkalıq həbs qərarı çıxarılıb. 

Qeyd edək ki, Moskvanın “Mutabor” klubunda dekabrın 20-dən 21-nə keçən gecə təşkil edilən şənlikdə rusiyalı tanınmış müğənnilər Filipp Kirkorov, Lolita, Dima Bilan, eləcə də aparıcı Kseniya Sobçak iştirak ediblər. 
Tədbir iştirakçıları və şənliyi təşkil edən bloqer İvleeva daha sonra ictimaiyyətdən üzr istəyib.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO